31 May 2025, 16:37
FUTBOL
"Şamaxı" futbolçusu Fəxri Məmmədli ilə yollarını ayırıb.
"Şamaxı" futbolçusu Fəxri Məmmədli ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.
İcarə müqaviləsi başa çatan yarımmüdafiəçi məxsus olduğu "Sabah"a qayıdıb.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl Maykl Tuik, Vasiliye Bakiç, Brahim Konate, Vasiliye Radenoviç və Leroy Mikelslə yollarını ayırıb. Bölgə təmsilçisi həmçinin "Qəbələ"dən Emil Süleymanovu icarə əsasında heyətinə qatıb.