31 May 2025, 17:00
FUTBOL
"Ayaks" Con Heytinqanın komandaya baş məşqçi təyin olunduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, tərəflər arasında müqavilə iki mövsümlükdür.
Ötən mövsüm Nideraland millisinin sabiq müdafiəçisi "Liverpul"da Arne Slotun məşqçilər korpusunda çalışıb.
Xatırladaq ki, başa çatan Niderland çempionatında Françesko Fariolinin başçılıq etdiyi "Ayaks", sona bir tur qalmış liderliyi PSV-yə verərək, ikinci olub. Bu nəticədən sonra Farioli ilə yollar ayrılıb.