"İnter"in baş məşqçisi Simone İnzaqi gələn həftənin əvvəlində klub rəhbərliyi ilə görüşərək gələcəyini müzakirə edəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında insayder Fabrisio Romano məlumat verib.

Bildirilir ki, 49 yaşlı mütəxəssisin "Əl-Hilal"dan aldığı təklif artıq müzakirə olunduğundan onun getmə şansları kifayət qədər realdır. Daha əvvəl media Səudiyyə klubunun İnzaqiyə illik 25 milyon dollar (22 milyon avro) maaş təklif etdiyini yazmışdı.

Xatırladaq ki, İnzaqi komandaya 2021-ci ilin yayından başçılıq edir.

Ötən gün Çempionlar Liqasının final oyununda "İnter" 0:5 hesabı ilə PSJ-yə uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest