UEFA Çempionlar Liqasının (ÇL) finalında "İnter"ə 2 qol vuran və məhsuldar ötürmə edən PSJ-nin 19 yaşlı fransalı vingeri Dezire Due unikal nailiyyətə imza atıb.

Matc.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.

Bildirilir ki, indiyə qədər heç bir futbolçu belə uğura imza atmayıb.

Bundan əlavə, fransalı futbolçu ÇL-in finalında qol vuran, məhsuldar ötürmə edən və dubla imza atan ən gənc oyunçudur (19 yaş 362 gün).

Daha əvvəl ən gənc dubl müəllifi Madrid "Real"ının yarımmüdafiəçisi Qaret Beyl olub. O, 2018-ci ildə 28 yaşında "Liverpul"a qarşı (3:1) oyunda diqqət mərkəzinə düşmüşdü.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest