UEFA Fransa nəhənginin qələbəsi ilə yadda qalan Çempionlar Liqasının son mövsümünün yekunlarına görə PSJ-yə 148,4 milyon avro ödəyəcək.

Matc.az xəbər verir ki, bu barədə "Football Meets Data" məlumat yayıb.

Bildirilir ki, PSJ Çempionlar Liqasının finalında "İnter"lə qalib gələrək (5:0) 6,5 milyon avro alacaq. Paris klubu "Tottenhem"lə qarşılaşacağı UEFA Superkubokunda iştirakına görə daha 4 milyon avro qazanacaq.

Müsabiqənin finalçısı "İnter" UEFA-dan 136,6 milyon avro alacaq. "Arsenal" isə Çempionlar Liqasından əldə etdiyi gəlirə görə 117 milyon avro qazanaraq üçüncü yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest