Ölkə kubokunun finalının "Qarabağ" – "Sabah" oyunundan (2:3) sonra Azərbaycanın 2025/26 mövsümündə UEFA-nın klub yarışlarındakı bütün iştirakçıları dəqiqləşib.

Matc.az xəbər verir ki, ölkə çempionu "Qarabağ" Çempionlar Liqasında, ölkə kubokunun qalibi "Sabah" Avropa Liqasında, Premyer Liqada 2 və 3-cü yerləri tutan "Zirə" və "Araz Naxçıvan" isə Konfrans Liqasında mübarizə aparacaqlar.

"Qarabağ" Çempionlar Liqasına 2-ci, "Sabah" Avropa Liqasına 1-ci, "Zirə" və "Araz Naxçıvan" isə Konfrans Liqasına 2-ci mərhələdən mübarizəyə başlayacaqlar.

"Qarabağ", "Zirə" və "Araz Naxçıvan"ın ilk rəqibləri iyunun 18-də, "Sabah"ın rəqibi isə iyunun 17-də keçiriləcək püşkatmada məlum olacaq.

"Sabah" mübarizəyə ən tez qoşulan klubumuz olacaq. Avropa Liqasında 1-ci mərhələnin ilk matçı iyulun 10-da, cavab görüşü iyulun 17-də olacaq.

"Qarabağ"ın 2-ci mərhələdə ilk oyunu iyulun 22-23-də, cavab qarşılaşması iyulun 29-30-da baş tutacaq.

"Zirə" və "Araz Naxçıvan"ın ilk matçları iyulun 24-də, cavab görüşləri isə iyulun 31-də təşkil olunacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest