01 İyun 2025, 13:50
FUTBOL
PSJ Çempionlar Liqasının finalında qalib gəldikdən sonra bütün Fransada iğtişaşlar başlayıb. Hadisələr nəticəsində 2 nəfər ölüb, 192 nəfər yaralanıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı TF1 paylaşıb.
Ölkə üzrə ən azı 427 nəfər həbs edilib. Qeyd olunur ki, bu şəxslər əsasən vandalizm, soyğunçuluq və ictimai asayişin pozulmasına görə saxlanılıblar. Bəzi azarkeşlər isə Fransa polisi də ilə toqquşub.
Xatırladaq ki, PSJ finalda "İnter"i 5:0 hesabı ilə darmadağın edərək, tarixində ilk dəfə Çempionlar Liqası kubokuna sahib olub.