01 İyun 2025, 20:54
FUTBOL
PSJ-nin hücumçusu Dezire Doue Çempionlar Liqasında 2024/25 mövsümünün ən yaxşı gənc futbolçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu turnirdə 16 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Finalda "İnter"lə qarşılaşmada (5:0) forvard iki dəfə fərqlənib.
"Doue bu mövsüm bir kəşf oldu. O, pley-off mərhələlərində inanılmaz irəliləyiş etdi, finala yüksəldi və şənbə günü matçın adamı seçildi. O, final oyununda iki dəfə qol vuran ilk yeniyetmədir. Digər gənc oyunçuları gələcəkdə ruhlandıra biləcək nümunələrin olması çox gözəldir", - deyə UEFA-nın texniki müşahidəçiləri qeyd ediblər.