"Betis"in yarımmüdafiəçisi Conni Kardoso La Liqada klubunu dəyişə bilər.

Matc.az "Marca" nəşrinə istinadən xəbər verir ki, "Atletiko" ABŞ millisinin üzvünü transfer etməyə yaxındır. 

Artıq klublar arasında razılıq əldə olunub. "Atletiko" 23 yaşlı dayaq yarımmüdafiəçisinin keçidini yaxın günlərdə açıqlayacaq.

Qeyd edək ki, Conni Kardoso başa çatan mövsümdə "Betis"in heyətində keçirdiyi 46 oyunda 4 qol vurubb, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest