02 İyun 2025, 13:58
FUTBOL
"Bayer" "Liverpul"un Florian Virts üçün göndərdiyi ikinci təklifi də qəbul etməyib.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
İngiltərə klubunun 13 milyon avroluq təklifi qəbul olunmayıb. Almanlar 22 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 150 milyon tələb edir.
Qeyd edək ki, Florian Virts ötən mövsüm "Bayer"in heyətində keçirdiyi 45 oyunda 16 qol və 15 qol ötürməsi ilə yadda qalıb.