"Roma" "Qalatasaray"dan icarəyə götürdüyü Viktor Nelssonla bağlı qərar verib.

Matc.az xəbər verir ki, A Seriyası klubu danimarkalı müdafiəçi üçün satınalma bəndini işə salmayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

26 yaşlı mərkəz müdafiəçisi "Qalatasaray"a qayıdacaq.

Qeyd edək ki, "Roma" Viktor Nelssonu bu ilin fevral ayında icarəyə götürüb. Danimarka millisinin üzvü paytaxt təmsilçisinin heyətində 5 rəsmi matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest