02 İyun 2025, 20:16
FUTBOL
AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib.
Matc.az xəbər verir ki, iki gün çəkən məşğələlərə təlimatçı Faiq Əzizov rəhbərlik edib.
Tədbirin ilk günündə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və təhsil şöbəsinin rəhbəri Aslan Kərimov da iştirak ediblər.
Kurs fasilələrlə 1 il davam edəcək.