02 İyun 2025, 20:23
FUTBOL
İspaniya La Liqasında 2024/2025 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.
Matc.az xəbər verir ki, "Barselona"nı çalışdıran Hans Flik ən yaxşı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Alman mütəxəssis Xose Bordalas (“Xetafe”), Manolo Qonzales (“Espanyol”), Manuel Pelleqrini (“Betis”), Mişel (“Jirona”), Ernesto Valverde (“Atletik”) və Dieqo Simeoneni (“Atletiko”) qabaqlayıb.
Qeyd edək ki, Hans Flik mövsümün əvvəlində "Barselona"nın baş məşqçisi təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv 88 xal toplayaraq İspaniya çempionu olub.