03 İyun 2025, 12:13
FUTBOL
"Əl-Nəsr"in yarımmüdafiəçisi Marselo Brozoviç Türkiyədə çıxış edə bilər.
Matc.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, "Trabzonspor" xorvatiyalı futbolçunu heyətinə qatmaq istəyir.
Super Liqa klubu Brozoviç üçün "Əl-Nəsr"lə danışıqlara başlayıb. "Trabzonspor" 32 yaşlı dayaq yarımmüdafiəçisinin transferini qısa zaman ərzində həll etməyə çalışır.
Qeyd edək ki, Marselo Brozoviç başa çatan mövsümdə "Əl-Nəsr"in heyətində keçirdiyi 41 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.