Yassin Benzia hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 3000 manat cərimə edilib.
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun "Qarabağ"la "Sabah" arasında keçirilmiş final matçında baş verən qayda pozuntularına hüquqi qiymət verilib:
“Qarabağ”da 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. Oyunun 120-ci dəqiqəsində “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, klub isə 1500 manat cərimələnib. Matçın 120-ci dəqiqəsində “Qarabağ”ın 7 nömrəli futbolçusu Yassin Benzia hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 3000 manat cərimə edilib. Azarkeşləri pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” 1500 manat cərimə edilib.
“Sabah”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. “Sabah” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Masazır təmsilçisi 1500 manat cərimələnib.