03 İyun 2025, 13:56
FUTBOL
"Fənərbaxça"nın hücumçusu Yussef En-Nesiri karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Matc.az "Takvim" nəşrinə istinadən xəbər verir ki, "Neom" mərakeşli futbolçunu transfer etmək istəyir.
Əsas liqaya vəsiqə qazanan klub En-Nesiri üçün "Fənərbaxça"ya 25 milyon avroluq təklif göndərməyə hazırlaşır. Türkiyə klubu 28 yaşlı forvardı satmağa hazırdır. Lakin onlar oyunçu üçün 35 milyon avro tələb edir.
Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini ötən ilin yayında "Sevilya"dan transfer edib. Mərakeş millisinin üzvü İstanbul təmsilçisinin heyətində keçirdiyi 52 oyunda 30 qol vurub, 7 qol ötürməsi edib.