03 İyun 2025, 18:25
FUTBOL
İtaliyanın "Komo" klubunda icarə əsasında çıxış edən "Barselona"nın müdafiəçisi Aleks Valle komandanın tam hüquqlu oyunçusuna çevrilib.
Matc.az xəbər verir ki, bu barədə katalonların mətbuat xidməti məlumat yayıb.
İtaliya klubu 21 yaşlı ispaniyalını 6 milyon avroya almaq maddəsini aktivləşdirib.
Qeyd edək ki, ötən mövsüm fevral ayından etibarən Komo rənglərini qoruyan Valle A Seriyasında 15 matçda iştirak etsə də, qol vura bilməyib.