"Liverpul"un futbolçusu Luis Diasın "Barselona"ya keçidi baş tutmayıb.

Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Barselona" kolumbiyalı vingeri transfer etmək üçün "Liverpul"la danışıqlar aparmaq istəyib. Lakin İngiltərə klubu təklifi qəbul etməyib və Diasın satılmayacağını bildirib.

Qeyd edək ki, Luis Dias ötən mövsüm "Liverpul"un heyətində keçirdiyi 50 oyunda 17 qol vurub, 8 qol ötürməsi edib. 28 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest