"Real" növbəti transferini yekunlaşdırmağa yaxındır.

Matc.az xəbər  verir ki, "kral klubu" "Benfika"da çıxış edən Alvaro Karrerası transfer etmək üzrədir. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. "Real" 22 yaşlı ispan sol cinah müdafiəçisi üçün Portuqaliya klubuna təxminən 40-45 milyon avro təzminat ödəyəcək.

Alvaro Karreras ötən mövsüm "Benfika"nın heyətində keçirdiyi 50 oyunda 4 qol vurub, 5 qol ötürməsi edib. O, İspaniya U-21 millisinin üzvüdür.

Qeyd edək ki, "Real" yay transfer dönəmində "Bornmut"dan Din Hyöyseni, "Liverpul"dan Trent Aleksandr-Arnoldu transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest