"Mançester Yunayted" hücum xəttini gücləndirmək üçün PSJ-nin 23 yaşlı hücumçusu Qonkalo Ramosun namizədliyini irəli sürüb.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, Fransa nəhəngi portuqaliyalı futbolçunu satmağa hazırdır. Həmçinin vurğulanır ki, "Leysiq"in hücumçusu Benjamin Seşko və "Əl-Hilal"ın hücumçusu Aleksandar Mitroviçin "qırmızı şeytanlar"la mümkün keçidi ilə bağlı mətbuatda yayılan xəbərlərə o qədər də əhəmiyyət vermək lazım deyil.

Qeyd edək ki, ötən mövsüm Ramos bütün turnirlərdə 41 matçda iştirak edib, 18 qol vurub və 6 məhsuldar ötürmə edib. 23 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi hesablanıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest