Yonas Svensson "Beşiktaş"dan ayrıla bilər.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Norveçli futbolçuya Türkiyədən və Avropadan təkliflər var. Niderlandın "Qou Ehed İqls" klubu və Almaniya təmsilçisi "Volfsburq" Svenssonu transfer etmək istəyir.

Super Liqada mübarizə aparan "Kayserispor" da 32 yaşlı sağ cinah müdafiəçisinin xidmətində maraqlıdır. "Beşiktaş" sərfəli təklif gələcəyi təqdirdə oyunçunu satmağa hazırdır.

Qeyd edək ki, Yonas Svensson ötən mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 46 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest