23 İyun 2025, 10:10
MPL
"Fənərbaxça"dan ayrılan Duşan Tadiç Azərbaycanda oynaya bilər.
Matc.az xəbər verir ki, bu barədə Niderland mətbuat məlumat yayıb.
"Qarabağ"ın serbiyalı vingerlə maraqlandığı bildirilir. Azərbaycan çempionunun nümayəndələrinin 36 yaşlı vingerin meneceri ilə əlaqə saxladığı qeyd olunub.
Tadiçlə Yunanıstanın "Olimpiakos" və Niderlandın "Ayaks" klubu da maraqlanır.
Qeyd edək ki, Duşan Tadiç ötən mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 53 oyunda 13 qol vurub, 18 qol ötürməsi edib.