"Fənərbaxça" "Real"ın ukraynalı qapıçısı Andrey Lunini transfer etməkdə maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.
Türkiyə klubu "Nottingem Forest"in icarəyə götürmək istədiyi qapıçı Dominik Livakoviçin transferi üzərində işləyir. Xorvatiyalı Türkiyədəki durumundan razı deyil, klub da onun çıxışından razı deyil. Hər iki tərəf ayrılıq prosesini sürətləndirməyə çalışır.
Baş məşqçi Joze Mourinyo artıq əsas transfer hədəfi kimi Andrey Lunini müəyyənləşdirib. Artıq İstanbul klubu Luninin müqavilənin ləğvi şərtlərini öyrənmək və onunla müqavilə bağlamaq imkanlarını araşdırmaq üçün "Real"a sorğu göndərib.
Luninlə "Qalatasaray"ın da maraqlandığı qeyd edilir. Ukraynalı birinci namizəd olmasa da, Türkiyə klubu vəziyyəti izləməkdə davam edir.
Qeyd edək ki, 2024/25 mövsümündə Andrey Lunin "Real"ın heyətində 14 oyun keçirib, onlardan 6-nı qol buraxmadan başa vurub, ümumilikdə isə 19 qol buraxıb.