27 Avqust 2025, 17:34
FUTBOL
"Arsenal"ın futbolçusu Reyss Nelson Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
"Kristal Pelas" 25 yaşlı vingeri transfer etmək istəyir. London təmsilçisi ingiltərəli oyunçu üçün onunj klubuna 15 milyon funt-sterlinqlik təklif göndərəcək.
Qeyd edək ki, Reyss Nelson ötən mövsüm icarə əsasında "Fulhem"in formasını geyinib.