Norveç millisinin və Portuqaliyanın "Benfika" klubunun yarımmüdafiəçisi Andreas Şelderup əxlaqsız video yaymaqda ittiham olunur.
Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu "Instagram" hesabında etiraf edib ki, iki il əvvəl sosial şəbəkədə dostuna qısa video göndərib, ancaq onu tam izləmədiyi üçün içində qanunsuz material olduğunu bilməyib. Dostu xəbər verdikdən sonra mesajı silib.
Futbolçu hadisəni "ağılsız səhv" adlandıraraq tam məsuliyyəti öz üzərinə götürüb, polislə əməkdaşlıq etdiyini və bütün həqiqəti onlara danışdığını bildirib. O, baş verənlərin onun xarakterini əks etdirmədiyini qeyd edərək üzr istəyib.
Qeyd edək ki, Şelderup "Benfika"da 2023-cü ildən çıxış edir. O komandanın heyətində 60 oyun keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə edib.












