10 Noyabr 2025, 19:51
FUTBOL
“Mançester Yunayted” qış transfer pəncərəsi zamanı yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Atletiko"da çıxış edən Konor Qallaherdir. Bu barədə "Give Me Sport" məlumat yayıb.
“Qırmızı şeytanlar” mövsümün sonuna qədər ingilis futbolçunu icarəyə götürmək variantını nəzərdən keçirir. Bu, komandanı böyük xərclər etmədən gücləndirməyə imkan verəcək.
Qeyd edək ki, Qallaher cari mövsümdə “Atletiko”nun heyətində 16 oyun keçirib və 2 qol vurub.












