Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Matc.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Türkiyə – Ukrayna görüşünün hakim-inspektoru olacaq.

H qrupunun qarşılaşması İstanbul şəhərində yerləşən “Kasımpaşa Recep Tayyip Erdoğan” stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest