Qətərin “Əl-Sədd” klubu baş məşqçi postu üçün yenidən Roberto Mançini danışıqlara başlayıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klub rəhbərliyi italyan mütəxəssisi təkliflərini qəbul etməyə razı salmaq məqsədilə maliyyə şərtlərini xeyli yaxşılaşdırıb. Tərəflər arasında danışıqlar davam edir. “Əl-Sədd” yaxın vaxtlarda müqaviləni yekunlaşdırmağı ümid edir.

Qeyd edək ki, Roberto Mançini hazırda klubsuzdur. O, 2023-cü ildən rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı millisinin baş məşqçi vəzifəsindən istefa verdikdən sonra işsiz qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest