10 Noyabr 2025, 13:12
FUTBOL
Portuqaliyanın “Benfika” klubunda prezident seçkiləri başa çatıb.
Matc.az xəbər verir ki, hazırkı prezident Ruy Koşta klub üzvlərinin 65,89 faiz səsini toplayaraq vəzifəsində qalıb.
Onun yeni prezidentlik müddəti 2029-cu ilə qədər olacaq. Koşta 2021-ci ildən “Benfika”ya rəhbərlik edir.
Prezidentin inauqurasiya mərasimi “Estadio da Luş” stadionunda keçirilib.
Futbolçu karyerası dövründə Ruy Koşta “Benfika”, “Fiorentina”, “Milan” və Portuqaliya millisinin heyətində çıxış edib.












