İngiltərənin "Vulverhempton" klubunun yeni baş məşqçisi məlum olub.

Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Rob Eduardsla anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Qurdlar" uelsli mütəxəssis üçün onun hazırda çalışdığı "Midlzbro"ya 3 milyon avro təzminat ödəyəcək. 42 yaşlı məşqçi "Vulverhempton"la 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Vulverhempton" Vitor Pereyra ilə yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest