Klubun ümumi borcu təxminən 1,45 milyard avroya çatıb. Bu da dünya futbolu üçün rekord göstəricidir.

“Barselona” tarixinin ən çətin maliyyə dövrlərindən biri ilə üzləşib.

Matc.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, klubun ümumi borcu təxminən 1,45 milyard avroya çatıb. Bu da dünya futbolu üçün rekord göstəricidir.

Son 10 ildə “Barselona” böyük maliyyə itkiləri ilə üzləşib. Ən kritik dövr 2021-ci il olub. Həmin il klub 555,4 milyon avro məbləğində kəsir açıqlayıb ki, bu da futbol sənayesində qeydə alınmış ən böyük maliyyə böhranı hesab olunur.

Çətin vəziyyətə baxmayaraq, klub rəhbərliyi xərclərin azaldılmasına fokuslanmır. Əksinə, “Barselona” kommersiya fəaliyyətini genişləndirməyə və yeni maliyyə mənbələri tapmağa çalışır. Bu strategiya Kataloniya təmsilçisinin rekord borclara baxmayaraq, ən yüksək səviyyədə rəqabət qabiliyyətini qoruyub saxlamağa və Avropanın aparıcı klublarından biri statusunu itirməməyə yönəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest