"Nyukasl"ın müdafiəçisi Emil Kraft karyerasını Danimarka Super Liqasında davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "Shields Gazette" məlumat yayıb.

"Kopenhagen" isveçli futbolçunu transfer etmək istəyir. Paytaxt təmsilçisi klubu ilə müqaviləsi gələn ilin yayında başa çatan 31 yaşlı sağ cinah müdafiəçisini yanvar ayında heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Emil Kraft bu mövsüm "Nyukasl"In heyətində 3 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest