10 Noyabr 2025, 20:13
FUTBOL
"Liverpul"un yarımmüdafiəçisi Rayan Qravenberx karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Barselona" niderlandlı futbolçunu transfer etmək istəyir. Kataloniya təmsilçisi transferə büdcə ayırmaq üçün bir neçə oyunçusunu satmağa hazırdır. 23 yaşlı oyunçu özü "Barselona"ya keçməyə isti yanaşır.
Qeyd edək ki, Rayan Qravenberx bu mövsüm "Liverpul"un heyətində keçirdiyi 12 oyunda 3 qol vurrub, 2 qol ötürməsi edib.












