10 Noyabr 2025, 21:28
FUTBOL
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayaks" baş məşqçi postu üçün axtarışları davam etdirir.
Matc.az xəbər verir ki, Con Heytinqa ilə yollarını ayıran Amsterdam təmsilçisinin əsas hədəfi Pol Simonisdir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Niderland klubunun rəhbərliyi 40 yaşlı məşqçi ilə danışıqlara başlayıb. Simonisin son iş yeri "Volfsburq" olub. O, ötən gün istefaya göndərilib.
Qeyd edək ki, "Qarabağ"ın "Ayaks"la oyunu 10 dekabr tarixində Bakıda keçiriləcək.












