10 Noyabr 2025, 20:57
FUTBOL
"Atalanta" baş məşqçi İvan Yuriçlə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Xorvatiyalı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, İvan Yuriç mövsümün əvvəlində "Atalanta"nın baş məşqçisi təyin olunmuşdu. Komanda A Seriyasında 11 turdan sonra 13 xal toplayıb və 13-cü yerdədir.












