"Real"ın qapıçısı Tibo Kurtua sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

33 yaşlı qolkiper La Liqanın 12-ci turunun "Rayo Valyekano" ilə matçında ayaq əzələsindən zədə alıb. Təcrübəli "əlcək sahibi" Belçika milli komandasının düşərgəsinə qoşulmayacaq.

Qeyd edək ki, Tibo Kurtua bu mövsüm "Real"ın heyətində 22 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest