Mövsümün sonunda "Roma" ilə müqaviləsi başa çatan Paulo Dibala karyerasını ölkəsində davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Boka Xuniors" argentinalı hücumçunu transfer etmək istəyir. 31 yaşlı futbolçu özü də Buenos Ayres təmsilçisində oynamağa isti yanaşır.

Qeyd edək ki, Paulo Dibala bu mövsüm "Roma"nın heyətində keçirdiyi 9 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest