"Liverpul"un kapitanı Vircil van Deyk karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

"Qalatasaray" niderlandlı futbolçunu heyətinə qatmaq istəyir. 35 yaşlı mərkəz müdafiəçisi İngiltərə klubundan ayrılmağa və İstanbul nəhənginə keçməyə isti yanaşır.

"Qalatasaray" təcrübəli müdafiəçini transfer etmək üçün yaxın vaxtlarda hərəkətə keçəcək.

Qeyd edək ki, Vircil van Deyk bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə keçirdiyi 52 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest