07 May 2026, 14:54
FUTBOL
PSJ "Qalatasaray"ın hücumçusu Viktor Osimheni transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Liqa 1 nəhəngi nigeriyalı forvard üçün Türkiyə klubuna 75 milyon avroluq təklif göndərib. "Sarı-qırmızılar" bu təklifi rədd ediblər.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə keçirdiyi 32 oyunda 20 qol vurub, 8 qol ötürməsi edib. 27 yaşlı futbolçunun klubla müqavilə 2029-cu ilin yayına kimidir.





_1778161538.jpg)


_1778159848.jpg)




