"Real"ın müdafiəçisi Raul Asensio karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Beşiktaş" ispaniyalı futbolçunu transfer etmək istəyir. İstanbul təmsilçisi 23 yaşlı mərkəz müdafiəçisi üçün 20 milyon avroluq təklif göndərib. Madrid klubu hələ ki bu təklifə cavab verməyib.

Qeyd edək ki, Raul Asensio bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 2 qol vurrub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest