07 May 2026, 16:14
FUTBOL
"Leyptsiq"in yarımmüdafiəçisi Assan Uedraoqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fussballdaten" nəşri məlumat yayıb.
"Liverpul" Almaniya millisinin üzvünün xidmətində maraqlıdır. Mersisayd təmsilçisi 19 yaşlı futbolçu üçün 40 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Assan Uedraoqo bu mövsüm "Leyptsiq"in heyətində keçirdiyi 18 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.Gənc oyunçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

_1778172928.jpg)






_1778161538.jpg)


_1778159848.jpg)

