"Qalatasaray" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, İstanbul nəhəngi "Midyullan"da çıxış edən Aral Şimşiri transfer etmək istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

Baş məşqçi Okan Buruk Türkiyə millisinin üzvünün oyununu bəyənir. "Sarı-qırmızılar" 23 yaşlı vinger üçün yaxın vaxtlarda Danimarka klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Aral Şimşir bu mövsüm "Midyullan"ın heyətində bütün turnirlərdə keçirdiyi 51 oyunda 12 qol vurub, 20 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest