İcarrə əsasında "Hamburq"də çıxış edən Luka Vuskoviç karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Barselona" müqavilə ilə "Tottenhem"ə məxsus olan xorvatiyalı futbolçunu transfer etmək istəyir. Kataloniya nəhəngi 19 yaşlı mərkəz müdafiəçisinin agenti Pini Zahavi ilə danışıqlar aparır.

Qeyd edək ki, Luka Vuskoviç mövsümün əvvəlindən "Hamburq"də çıxış edir. Xorvatiya millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 28 oyunda 5 qol vurrub, 1 qol ötürməsi edib.Gənc oyunçunun bazar dəyəri 60 milyon avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest