"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara mövsümü erkən başa vurub.

Matc.az xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.

Braziliya milli komandasının üzvünün sol ayağında zədə aşkarlanıb. 26 yaşlı futbolçu Super Liqanın növbəti iki oyununda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Qabriel Sara bu mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə keçirdiyi 42 oyunda 6 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest