"Fənərbaxça" "Milan"ın satışa çıxardığı Rafael Leaunu transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İtaliya klubu portuqaliyalı vingerin satışından 50-60 milyon avro gəlir əldə etməyi planlaşdırır. İstanbul nəhəngi 26 yaşlı futbolçu üçün bu məbləği ödəməyə hazırdır. "Fənərbaxça" yaxın vaxtlarda A Seriyası təmsilçisi ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Rafael Leao bu mövsüm "Milan"ın heyətində keçirdiyi 29 oyunda 10 qol vurub, 3 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest