​"Real" komandanın məşqi zamanı futbolçular arasında baş vermiş insidentdən sonra Federiko Valverde və Orelyen Çuameni ilə vidalaşmağı planlaşdırmır.

Matc.az xəbər verir ki, bu barədə "​El Mundo Deportivo" nəşri məlumat yayıb.

Məşqdən sonra soyunub-geyinmə otağında yarımmüdafiəçilər arasında dava düşüb. Bildirilir ki, oyunçular arasındakı münaqişə hələ məşq prosesi zamanı başlayıb və daha sonra fiziki qarşıdurmaya çevrilib. Nəticədə Valverde yıxılaraq masaya çırpılıb və xəstəxanaya çatdırılıb, orada ona tikiş qoyulub. Kəllə-beyin travması səbəbindən uruqvaylı futbolçunun iki həftəyə qədər yaşıl meydanlardan kənarda qala biləcəyi gözlənilir.

​İnsidentdən sonra "Real" rəhbərliyi təcili daxili iclas keçirib və intizam araşdırmasına başlayıb. Klubun daxili reqlamentinə əsasən, hər iki futbolçuya qarşı cərimələrdən tutmuş müvəqqəti kənarlaşdırmaya qədər müxtəlif sanksiyalar tətbiq edilə bilər.

Buna baxmayaraq, Madrid klubu oyunçuların heç birinin satışı variantını nəzərdən keçirmir. Çünki hər iki futbolçu həm indiki vaxtda, həm də yaxın gələcəkdə komanda üçün vacib fiqurlar hesab olunur.

​Rəhbərliyi xüsusilə narahat edən məqam Valverdenin davranışıdır. Belə ki, Dani Karvahal komandadan ayrılacağı təqdirdə, növbəti mövsüm Valverde "Real"ın əsas kapitanı ola bilər. Klub yarımmüdafiəçidən meydandan kənar davranışlarını və münasibətini dəyişməsini gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest