​"Arsenal" hücum xəttinin gücləndirilməsi üzərində işi davam etdirir

Matc.az xəbər verir ki, London təmsilçisi PSJ-də çıxış edən Bredli Barkolyanın ətrafındakı vəziyyəti diqqətlə izləyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Premyer Liqa nəhəngi fransalı futbolçunun potensial transferi ilə bağlı artıq bütün zəruri məlumatları toplayıb. ​23 yaşlı vingerə "Bavariya", "Barselona" və "Liverpul"un da maraq göstərməsi transfer bazarında ciddi rəqabət yarada bilər.

Qeyd edək ki, Fransa millisinin üzvü olan Bredli Barkola cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 45 matç keçirib, aktivinə 12 qol və 7 məhsuldar ötürmə yazdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest