08 May 2026, 13:26
FUTBOL
PSV-nin müdafiəçisi Yarek Qasiorovski ölkəsinə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "SportsBoom" məlumat yayıb.
"Atletiko" ispaniyalı futbolçunu transfer etmək istəyir. Madrid nəhəngi 21 yaşlı mərkəz müdafiəçisi üçün Niderland klubuna 20 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, PSV Yarek Qasirovskini mövsümün əvvəlində "Valensiya"dan transfer edib. İspaniya U-21 millisinin üzvü Eyndhoven təmsilçisinin heyətində keçirdiyi 36 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.













