08 May 2026, 14:45
FUTBOL
"Milan" mövsüm başa çatdıqdan sonra Kristofer Nkunku ilə yollarını ayırmağı planlaşdırır.
Matc.az xəbər verir ki, İtaliya klubunun rəhbərliyi fransalı forvardın çıxışından narazıdır və onu transferə çıxarmağa hazırdır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Rossonerilər" 28 yaşlı hücumçu üçün təxminən 40 milyon avro əldə etməyi gözləyirlər. Bununla bağlı artıq futbolçunun nümayəndələrinə artıq məlumat verilib. "Milan"da mümkün satışdan əldə olunacaq vəsaiti yay transfer pəncərəsində yeni mərkəz hücumçusunun transferi üçün istifadə etməyi planlaşdırırlar.
Qeyd edək ki, Nkunku bu mövsüm "Milan"ın heyətində 32 matç keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.












_1778249103.jpg)
