08 May 2026, 16:03
FUTBOL
"Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının XXXIII turunun səfər qarşılaşmasında "Əş-Şəbab" üzərində 4:2 hesablı qələbə qazanıb.
Matc.az xəbər verir ki, qonaqların heyətində 41 yaşlı Kriştiano Ronaldo bir qolla yadda qalıb.
Bu qol dünya futbolunun superulduzu üçün yubiley xarakteri daşıyıb. Ronaldu Səudiyyə liqası çərçivəsində 100-cü qolunu vurub. Portuqaliyalı hücumçu bu nəticəyə nail olmaq üçün 105 matça çıxıb.
Portuqaliyalı forvard 2025/2026 mövsümündə 28 qarşılaşmada 26 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanında çıxış edir. Onun "Ən-Nəsr" ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.












_1778249103.jpg)
